
Təhsil sektorlarında mühasib vakansiyası
Təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsini, vakansiyaların idarə olunmasını və işə qəbul proseslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, regional qurumların fəaliyyəti və maarif sistemində həyata keçirilən rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Xankəndi şəhər və Xocalı rayonları üzrə təhsil sektorunda mühasib vəzifəsinə işə qəbul müsabiqəsinə qeydiyyat başlayır.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən bildirilib. Müsabiqə sənədlərin yoxlanılması və müsahibə mərhələlərindən ibarət olacaq.
Namizədlərə dair tələblər:
İş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ali iqtisadi təhsil
Nanmizədlər bilməlidir: mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodlarını; maliyyə, vergi və digər hesabatların formalarını və onların tərtib edilməsini; hesablar planını və mühasibat yazılışlarını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat uçotu sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Son qeydiyyat tarixi: 02.10.2026-cı il 10:00
Qeydiyyat linki: https://forms.gle/utHozFWiiQGoHzKZ9
Qeyd: Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçmüş və ya hazırda həmin ərazilərdə yaşayan şəxslər müsabiqədə iştirak etmək üçün üstünlük veriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin