
DİM nazirlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi tərəfindən təlimçi Anar Həsənov tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılara təşkilati mədəniyyətə təsir edən faktorlar, xidmət zamanı işgüzar etika, vətəndaş ilə danışıq prosesinin sürətləndirilməsi (vaxta qənaət), dinləmə və izahetmə bacarıqları, xidmət zamanı stress yaradan faktorlar, münaqişəli vəziyyətləri yaradan səbəblər və onların idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı qeyd olunan mövzular üzrə individual və qrup halında təşkil edilən interaktiv tapşırıqlar edilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

