
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

