
Emin Əmrullayev və həmkarı SABAH.city innovasiya şəhərciyində olub
Təhsil müəssisələrində texnologiyaların tətbiqini, startap əsistemini izləmək üçün direktor.az-a abunə olun. Təhsil siyasəti, beynəlxalq əməkdaşlıqlar və tədris mühitindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Nazirlər şəhərcikdə həyata keçirilən işlərlə tanış olub, startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanlarına baxıblar.
SABAH.city-nin inkişaf perspektivləri, eləcə də qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib. Startap ekosisteminin inkişafına dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzularından olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
