
SDU rektoru Qazaxıstanda Strateji Tərəfdaşlıq Forumunda iştirak edir
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 18-də Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin təşkilatçılığı ilə Strateji Tərəfdaşlıq Forumu öz işinə başlayıb.
Direktor.az xəbər verir ki, Forumda Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli iştirak edir.Səfər çərçivəsində Nurəli Yusifbəyli Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşüb.
Görüş zamanı SDU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində universitetin mövqeyi və planları haqda məlumat verilib.
Həmçinin L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, akademik Yerlan Sydıkovla müzakirələr aparılıb. Tərəflər universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının hazırlanması, akademik mübadilə və birgə elmi-tədqiqat fəaliyyətinin inkişafı istiqamətində razılıq əldə ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

