
Şagirdlər arasında 9 istiqamət üzrə müsabiqə keçiriləcək
Şagirdlərin qatıla biləcəyi olimpiada prosesini, qeydiyyat qaydalarını izləmək üçün direktor.az-a abunə olun. İstedadlı şagirdlərin aşkar olunmasına xidmət edən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsi keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 19 noyabr saat 11:00-dan etibarən 18 dekabr saat 15:00-dək https://anket.edu.az/user/396 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Bu il müsabiqənin formalarında dəyişiklik edildiyi üçün iştirakçılar qeydiyyata başlamazdan əvvəl qaydaları diqqətlə oxumalı və yenilənmiş formalardan istifadə etməlidirlər.
Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

