
Gəncə-Daşkəsən RTİ-nin müdiri direktorlarla görüşüb
Şagird nailiyyətlərinin dinamikasını, regional məktəb idarəçiliyinə dair strateji qərarları izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrinin fəaliyyəti, rəsmi monitorinq hesabatları və təhsil idarəçiliyindəki yeniliklərdənxəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.
Direktor.az xəbər verir ki, görüşdə məktəblərdə keçirilən qiymətləndirmələrin, IV və VI siniflər üzrə monitorinqlərin, IX siniflərin buraxılış imtahanlarının, Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA 2025) yekun nəticələrinin təhlili təqdim edilib. Təqdimat zamanı müxtəlif qiymətləndirmə nəticələri üzrə müqayisəli göstəricilər diqqətə çatdırılıb, şagird nailiyyətlərinin dinamikası, güclü tərəflər və inkişaf tələb edən istiqamətlər data əsaslı şəkildə nəzərdən keçirilib.
Elçin Kərimov əvvəlki illərlə müqayisədə şagird nəticələrində müsbət inkişaf dinamikasının müşahidə olunduğunu bildirib. O qeyd edib ki, əsas məqsəd əldə olunan müsbət dinamikanı qorumaq, inkişaf tələb edən istiqamətlər üzrə məqsədyönlü iş aparmaq və şagird nailiyyətlərinin daha da yüksəldilməsinə nail olmaqdır.
Görüş çərçivəsində əldə olunan nəticələrin davamlılığının təmin edilməsi, inkişaf tələb edən istiqamətlər üzrə konkret tədbirlərin müəyyənləşdirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda duran prioritetlər müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin