
Gəncədə məktəb direktorlarının hesabatları dinlənilib
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki dəstək layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin keyfiyyət təminatı, regional idarəetmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin fəaliyyətinin təhlili və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə məktəb direktorlarının hesabatlarının dinlənilməsinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Hesabat görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin sektor müdirləri və əməkdaşları, həmçinin hesabatları dinlənilən ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri iştirak ediblər.
Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta ümumi təhsil məktəbinin, İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin və 36 nömrəli tam orta ümumi təhsil məktəbinin direktorlarının hesabatları dinlənilib. Hesabatlarda IV–VI və IX siniflər üzrə təlim nəticələri, məktəbdaxili qiymətləndirmənin nəticələri, eləcə də tədris prosesinin təşkili və məktəblərin fəaliyyətinin digər əsas istiqamətləri təhlil olunub. Məktəb direktorları müvafiq göstəricilər əsasında təqdimatlar edərək əldə olunan nəticələr, mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat veriblər.
Görüşün sonunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov təqdim olunan hesabatlar ətrafında fikirlərini bölüşüb, tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və məktəblərdə təlim-tədris prosesinin daha səmərəli təşkili istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, mövcud vəziyyətin təhlili və tədrisin keyfiyyətinin artırılması məqsədilə məktəb direktorlarının hesabatlarının dinlənilməsi davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
