
Təhsil İnstitutu sertifilatlaşdırma prosesinə dəstək üçün vebinar keçirəcək
Müəllimlərin adaptasiyası, peşəkar inkişaf görüşləri və maarifləndirici vebinarlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, gənc kadrların peşəkar hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 30 oktyabr saat 12:00-da “Açıq hava oyunlarının təşkili və metodikası” mövzusunda vebinar keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Vebinarda spiker qismində Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 161 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nərgiz Zeynalova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

