
SDU-nun Elmi Şurasının iclası keçirilib
Ali təhsil müəssisələrində idarəetmə proseslərini, akademik vəzifələrə seçkiləri, eləcə də fakültələrin elmi-tədris fəaliyyətinin inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdə kadr islahatları və maarif mühitində baş verən rəsmi xəbərlər üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan rektor Nurəli Yusifbəyli universitetin inkişaf prioritetləri sırasında tədrisin keyfiyyət təminatının yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin mühüm yer tutduğunu bildirib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Rektor qeyd edib ki, sözügedən istiqamətlərdə nəticəyönümlü fəaliyyətin təmin olunmasında monitorinq və hesabatlılıq effektiv idarəetmənin mühüm elementləri kimi çıxış edir.Gündəliyə tədris prosesinin təşkili, kafedraların elmi-tədqiqat planlarının yeni akademik struktura uyğunlaşdırılması, institusional islahatlar, tələbələrin istehsalat təcrübələrinin təşkilinin təkmilləşdirilməsi və təcrübə bazalarının genişləndirilməsi SDU-nun Təlim İnkişaf Planının və Kompetensiya xəritəsinin müzakirəsi və beynəlxalq reytinqlərdə universitetin mövqeyinin gücləndirilməsi ilə bağlı məsələlər daxil edilib.
Elmi Şurada bir sıra kafedra əməkdaşlarına elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adının verilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Gündəlikdə, həmçinin “Nüvə və Enerji Araşdırmalar Mərkəzi”nin və Kitabxana İnformasiya Mərkəzinin əsasnamələrinin təsdiqi məsələləri yer alıb.
İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul edilib, onların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

