
BDU Özbəkistan Universiteti ilə əməkdaşlığa başlayır
Ali təhsil müəssisələrimizin strateji əlaqələri, tələbə və müəllimlər üçün beynəlxalq tədris imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki əməkdaşlıqlar, rəsmi müzakirələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Namangan Dövlət Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin rektoru Oybek Ergashev imzalayıblar.
Memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültələrdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

