
Çinin Harbin Mühəndislik Universitetində təqaüdlə təhsil imkanı
Ali təhsil müəssisələrimizin strateji əlaqələri, tələbə və müəllimlər üçün beynəlxalq tədris imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki əməkdaşlıqlar, rəsmi müzakirələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Çin Xalq Respublikasının Təhsil Nazirliyi və Heilongjiang əyaləti tərəfindən Avrasiya ölkələrindən olan əcnəbi tələbələr üçün birgə təsis edilmiş təqaüd proqramı çərçivəsində Harbin Mühəndislik Universitetində təhsil almaq üçün sənəd qəbulu elan olunub.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Namizədlər müraciətlərini 20 mart 2027-ci il tarixinədək həm Çin Təqaüd Şurasının əcnəbi tələbələr üçün onlayn müraciət sistemi, həm də Harbin Mühəndislik Universitetinin beynəlxalq tələbələr üçün elektron müraciət platforması vasitəsilə təqdim etməlidirlər.
Təqaüd proqramının şərtləri, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür: https://htp.edu.az/uploads/fileuploads/2026/10/6c379941063f44c19b49165fae2a2070.pdf?fbclid=IwY2xjawVPyJFleHRuA2FlbQIxMABwZG9mAWJyaWQRMUNuaEhGS3I3RHluRlV1T0NzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEf-MzjXc98VKb2k-uX9j8woLvUfoY3qeCyJIH65ajFbU5vY8a23hMZpFDxaxg_aem_pyH3uvhb4SLoh196oQT5-g
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

