
Hacıqabulda direktorlar və müavinləri ilə görüş keçirilib
Təhsildə keyfiyyət təminatı mexanizmlərini, məktəb idarəsindəki yeni tələblərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, rəhbər heyətin fəaliyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Hacıqabul şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində “Keyfiyyət fəaliyyət planı”nın icrası, qarşıda duran hədəflər və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlərlə bağlı görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərliyi, Hacıqabul rayonu və Şirvan şəhəri üzrə təhsil sektorlarının rəhbərliyi, ümumtəhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər. Məktəblərdə yaradılan özünüqiymətləndirmə komissiyalarının və metodbirləşmələrin fəaliyyətinin tədrisin keyfiyyətinin yüksəldilməsindəki rolu diqqətə çatdırılıb. Eyni zamanda, Keyfiyyət fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və sistemli şəkildə icrasının vacibliyi vurğulanıb.
Müzakirələr çərçivəsində IV, VI və IX siniflər üzrə son üç ilin təlim nəticələri ətraflı təhlil olunub. Şagirdlərin təlim nailiyyətlərinin inkişaf dinamikası, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müəyyən edilmiş 8 hədəfə çatmaq istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tədrisin keyfiyyətinin artırılması və qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

