
Hindistan nümayəndə heyəti OYU-ya səfər edib
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini, birgə layihələri və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil siyasəti, müasir ali məktəb ekosistemi və ölkəmizin maarif sistemində həyata keçirilən strateji addımlardan xəbərdar olmaq üçün bizi izləyin.
Hindistanın Memarlıq və Planlaşdırma İnstitutunun nümayəndə heyəti Odlar Yurdu Universitetinə rəsmi səfər edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfər çərçivəsində nümayəndə heyəti OYU-nun fəaliyyəti və infrastrukturu ilə yaxından tanış olub. Qonaqlar universitetin kampusunu gəzərək müasir kitabxana və qabaqcıl İT laboratoriyalarına baş çəkiblər. Səfər proqramı çərçivəsində nümayəndə heyəti universitetin podkast studiyasında xüsusi buraxılışın çəkilişində də iştirak edib. Daha sonra qonaqlar memarlıq və interyer dizaynına həsr olunmuş interaktiv nümayiş dərsini izləyiblər. Təqdimat zamanı iştirakçılara müvafiq istiqamət üzrə praktiki və interaktiv yanaşmalar nümayiş etdirilib.
Görüşdə uzunmüddətli akademik əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və əməkdaşlıq imkanlarının araşdırılması, eləcə də Azərbaycan və Hindistan arasında təhsil əlaqələrinin daha da gücləndirilməsi məsələləri müzakirə olunub. Rəsmi səfər qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin