
ADU-da Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib
Ali təhsil müəssisələrində təşkil edilən mədəni-maarif tədbirlərini, pedaqoji heyətin əməyinin qiymətləndirilməsini və universitet həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, ali məktəb ekosistemi və ölkəmizin maarif sistemində baş verən xəbərlər üçün bizi izləyin.
Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Rektor Kamal Abdulla çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, 1993-cü ildən etibarən hər il 5 oktyabr ölkəmizdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur:
"Müəllimlər Günü müqəddəs gündür, çünki müəllim peşəsi müqəddəsdir. Əziz tələbələr, siz gələcəyin müəllimləri olacaqsınız. Mən sizə arzu edirəm ki, müəllimi olduğunuz insanlar sizə layiq olduğunuz qiyməti hər zaman versinlər. Bu əlamətdar gün münasibətilə görkəmli sənətkarımız, Xalq artisti Nəzakət Teymurova universitetimizin qonağıdır. Nəzakət Teymurova hamımızın sevimlisidir. Tələbə-müəllim heyəti adından onu salamlayırıq, universitetimizə xoş gəlib”.
Rektorun çıxışından sonra tədbir bədii hissə ilə davam etdirilib və səhnə Xalq artisti Nəzakət Teymurovanın və “Xarıbülbül” muğam qrupunun ixtiyarına verilib. Nəzakət Teymurova repertuarından bir-birindən gözəl, ruh oxşayan xalq mahnılarını ifa edib. Onun ifasında səslənən milli musiqi nümunələri zalda əyləşən müəllim və tələbələr tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Görüş maraqlı və səmimi diskussiya formatında davam edib. Xalq artisti universitetin müəllim və tələbə heyətini maraqlandıran sualları cavablandırıb. Sual-cavab zamanı sənətkar öz zəngin yaradıcılıq yolu, xalq musiqimizin sirləri və sənət dünyası barədə fikirlərini bölüşüb.
Sonda Xalq artisti Nəzakət Teymurova və akademik Kamal Abdulla ilə xatirə şəkilləri çəkdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin