
2065 tələbə ödənişli təhsildən dövlət sifarişli təhsilə keçib - DİM
Gənclərin ali təhsilə əlçatanlığını təmin edən dövlət dəstəyi, tələbə qəbulu prosesindəki dəyişiklikləri və ali məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil siyasəti, rəsmi imtahan nəticələri və maarif sistemində həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət sifarişi əsasında ayrılan hər bir təhsil yeri bir gəncin təhsilinə dövlət tərəfindən verilən dəstəkdir. Bu imkanlardan maksimum dərəcədə tələbələrin xeyrinə istifadə olunmasını vacib hesab edirik.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə paylaşım edib.
“Hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır. Bunun səbəblərindən biri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməyi seçmələridir. Mövcud qaydalara uyğun olaraq boş qalan dövlət sifarişli yerlərə ödənişli əsaslarla qəbul olunmuş şəxslərin yerləşdirilməsi üçün müsabiqə aparılır. Bu il həmin imkan nəticəsində bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb. Bu mexanizm dövlətin təhsilin maliyyələşdirilməsi üçün yaratdığı imkanlardan daha çox gəncin yararlanmasına və boş qalan dövlət sifarişli yerlərinin yenidən tələbələrin təhsilinə yönəldilməsinə şərait yaradır.Bu imkanı qazanan bütün tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayıram”,- deyə paylaşımda bildirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin