
Elm və təhsil nazirinin müavini vətəndaşları qəbul edəcək
Regionlarda təhsil sahəsi üzrə sakinlərin müraciətlərinin dinlənilməsini, keçirilən görüşləri və maarif idarəçiliyi ilə bağlı mühüm addımları izləmək üçün direktor.az-a abunə olun. Ölkəmizin təhsil mühitində baş verən aktual və rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 22 oktyabr tarixində Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qəbulda Qəbələ və Oğuz sakinləri iştirak edə bilərlər. Adı çəkilən rayonların sakinləri 16 oktyabr saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin