
İdman Akademiyasında 17 şəhid tələbənin xatirə lövhəsinin üzərinə gül düzülüb
Ali təhsil ocaqlarında vətənpərvərlik ənənələrinin yaşadılmasını, tarixi Zəfərimizə həsr olunmuş mədəni tədbirləri və universitet həyatındakı mühüm aksiyaları izləmək üçün direktor.az-a abunə olun. İdman təhsili idarəçiliyi, gənclər siyasəti və təhsil müəssisələrində keçirilən rəsmi anım tədbirlərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan İdman Akademiyasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub.
Direktor.az xəbər verir ki, akademiyanın əməkdaş və tələbələri 3-cü korpusda və üzgüçülük hovuzunda yerləşən 17 şəhid tələbənin xatirə lövhəsinin önünə gül dəstələri düzüblər. Anım gününə gələnlər 44 günlük Vətən müharibəsində ASA tələbələrinin göstərdiyi şücaət və fədakarlıqdan bəhs ediblər. Anım Günü ilə əlaqədar Akademiyanın Kitabxana və Heydər Əliyev Muzeyində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə Anım Günü, Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə həsr olunmuş ədəbiyyat nümunələri, tarixi və sənədli materiallar, fotoşəkillər, eləcə də mövzu ilə bağlı digər nəşrlər nümayiş etdirilir. Sözügedən sərgi sentyabrın sonunadək davam edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin