
Türkiyənin Ege Universitetində şəhidlərimizin əziz xatirəsi anılıb
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini, ikili diplom layihələrini və xaricdə təhsil alan tələbələrimizin vətənpərvərlik təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Elm, aqrar təhsil və qardaş Türkiyə ilə ortaq həyata keçirilən strateji təhsil layihələrindən daima ilk siz xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universitetinin birgə təşkil etdiyi beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin təşəbbüsü ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Direktor.az xəbır verir ki, mərasim hər iki qardaş ölkənin — Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə açıq elan edilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekan müavini professor Arzu Yazgı, fakültənin kafedra müdirləri professor Hatice Özaktan, professor Sezai Delibacak, professor Behçet Kır və beynəlxalq ikili diplom proqramının Ege Universiteti üzrə layihə rəhbəri Edip Açıl şəhidlərin əziz xatirəsini dərin ehtiramla anaraq öz fikirlərini bölüşüblər.
Tələbələr adından söz alan IV kurs tələbəsi Aytən Hüseynova çıxışında 44 günlük Vətən müharibəsinin xalqımızın tarixindəki müstəsna roluna toxunaraq, Anım Gününün mənəvi mahiyyətini və canını vətən yolunda sipər edən şəhidlərimizin müqəddəs xidmətlərini vurğulayıb. Görüşdə, həmçinin Vətən müharibəsi günlərində xalqımızın nümayiş etdirdiyi sarsılmaz milli birlik və “dəmir yumruq” əzmi xatırlanıb. Türkiyə xalqının və dövlətinin haqq işimizə verdiyi böyük mənəvi dəstəyin və sarsılmaz qardaşlığın əhəmiyyəti xüsusi qeyd olunub. Sonda bu tarixi və mənəvi tellərin gələcək nəsillərə ötürülməsinin, şəhidlərimizin unudulmaz xatirəsini daim yaşatmağın hər kəsin vətəndaşlıq və mənəvi borcu olduğu vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin