
İdman Akademiyasında Belqrad Universitetinin əməkdaşları ilə görüş keçirilib
Universitetlərinin beynəlxalq əlaqələrini, qlobal tərəfdaşlıq təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrindəki akademik yeniliklər, rektorların qlobal müzakirələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyasında (ASA) Belqrad Universitetinin Fiziki Tərbiyə və İdman fakültəsinin professoru Dr. Dragan Mirkov və dosenti Dr. Olivera Knezevic ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri arasında dəyirmi masa formatında görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə akademiyadan bildirilib. TEC-in təşkilatçılığı ilə keçirilən görüşdə idman elmləri sahəsində aktual tədqiqat istiqamətləri, beynəlxalq elmi əməkdaşlıq, akademik təcrübə mübadiləsi və gənc tədqiqatçıların elmi fəaliyyətinin inkişafı məsələləri müzakirə olunub.
Qonaq alimlər elmi-pedaqoji təcrübələrini tələbələrlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar.
Xatırladaq ki, ASA-da beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinin inkişafı məqsədilə ilk dəfə “Qonaq alim” proqramı çərçivəsində Belqrad Universitetinin Fiziki Tərbiyə və İdman Fakültəsinin professoru Dr. Dragan Mirkov və həmin fakültənin dosenti Dr. Olivera Knezevic 1 ay müddətinə Akademiyaya dəvət olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

