
Qazax-Tovuz regionunun məktəbliləri beynəlxalq festivalda uğur qazanıblar
Təhsil müəssisələrində keçirilən tədbirləri və məktəbdənkənar inkişaf imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki rəsmi yeniliklər və məktəbli nailiyyətlərindən məlumatlı olmaq üçün bizi izləyin.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi, Quba rayon uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə 3–6 noyabr 2026-cı il tarixlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Tarix Yazan Qəhrəmanlar” adlı III Beynəlxalq Folklor, Rəqs və Yaradıcılıq Festival-Müsabiqəsi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz RTİ-dən bildirilib. Müsabiqədə Qazax və Tovuz rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri müxtəlif nominasiyalar üzrə iştirak edərək uğurlu nəticələr əldə ediblər.
Qazax rayonunu təmsil edən iştirakçıların nəticələri:
- Vəlizadə Rauf Anar oğlu – “Tarix yazan qəhrəman” adlı rəsm işi ilə rəsm nominasiyası üzrə iştirak edib.
- Yusifli Mənzər Natiq qızı – “Şuşa qalası” adlı əl işi ilə II yerə layiq görülüb.
- Mustafazadə Zəhra Tural qızı – “Qarabağ Azərbaycandır” adlı əl işi ilə III yerə layiq görülüb.
Tovuz rayonunu təmsil edən iştirakçıların nəticələri:
- Dadaşova Əsmər Turxan qızı və Məsiyeva Jalə Xəqani qızı – rəsm nominasiyası üzrə I yerə layiq görülüblər.
Müsabiqədə fəal iştiraklarına görə Tovuz rayon uşaq-gənclər inkişaf mərkəzinin direktoru Yusifov Elşən Zahid oğlu, dərnək rəhbərləri Hümbətova Almaz Rizvan qızı və Yusifova Arzu Səfxan qızı festivalın təşkilatçıları tərəfindən xüsusi diplomlarla təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

