
Tibb Universitetinin doktorantı ABŞ-də beynəlxalq elmi mükafata layiq görülüb
Gənc alimlərimizin qlobal elmi arenadakı nailiyyətlərini, təhsildəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil ocaqlarındakı beynəlxalq uğurlar, elmi layihələrdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının doktorantı Ayan Məmmədova Amerika Tiroid Assosiasiyası (American Thyroid Association – ATA) tərəfindən təqdim edilən elmi qrantı qazanaraq assosiasiyanın illik beynəlxalq elmi konfransında iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Doktorantın “Qreyvs xəstəliyi və toksik adenoma zamanı radioaktiv yod terapiyasından sonra metabolik ağırlaşmanın proqnozlaşdırılması üçün çoxparametrli risk modeli” adlı elmi işi ATA tərəfindən “Outstanding Trainee Abstract” fəxri sertifikatı və xüsusi mükafat nişanı ilə təltif olunub.
Tədqiqat radioaktiv yod terapiyasından sonra metabolik pisləşmə ağırlaşmanın qiymətləndirilməsi və fərdiləşdirilmiş müalicə strategiyalarının təkmilləşdirilməsi istiqamətində elmi-praktik əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

