
BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
Ali təhsil müəssisələrimizin tələbə təşəbbüslərini, Zəfər tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki ən son yaradıcılıq layihələri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tələbələrin əl işlərindən ibarət “Xarıbülbül” rəsm sərgisi keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Tələbələrin hazırladıqları rəsm əsərlərində Vətən sevgisi, milli qürur, torpağa bağlılıq, qəhrəmanlıq və Zəfər sevinci bədii ifadəsini tapıb. Əsərlərdə şəhidlərin əziz xatirəsi, qazilərin qəhrəmanlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpasının yaratdığı qürur hissi əks olunub.
Sərginin əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin mahiyyətini, Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq və şücaəti, milli birlik və həmrəylik ruhunu tələbələrin yaradıcılığı vasitəsilə ifadə etmək, onların istedad və yaradıcılıq potensialını nümayiş etdirməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

