
Şuşa və İnşaat kolleclərində Zəfər Gününə həsr olunan tədbir keçirilib
Təhsil müəssisələrində keçirilən layihələrini, tələbə təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Kollec və universitetlərdəki ən son tədbirlər, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Şuşa Humanitar Kolleci və İnşaat Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri Polad Bülbüloğlu və Elçin Mirzəbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminəğa Sadıqov, ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi və pedaqoji heyəti, şəhid ailələrinin nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxış edən qonaqlar Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalq-ordu birliyinin tarixi Qələbənin əldə olunmasındakı rolundan bəhs ediblər.
Tədbir Şuşa Humanitar Kollecinin müəllim və tələbələrindən ibarət orkestrin ifası ilə və digər musiqi nömrələri ilə davam edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

