
İdman Akademiyasında Türkiyədə keçiriləcək konqresin iştirakçıları ilə görüş keçirilib
Universitetlərarası elmi-akademik əməkdaşlıqları, pedaqoji yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl metodoloji yanaşmalar, vebinarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyasında (ASA) 19–21 noyabr tarixlərində Türkiyənin Ordu şəhərində keçiriləcək IV Beynəlxalq Məşq və İdman Elmləri Konqresində elmi məqalələri qəbul olunmuş professor-müəllim heyəti və tələbələrlə elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə akademiyadan bildirilib. Seminara ASA-nın elm və innovasiyalar üzrə prorektoru, m.e.d., professor əvəzi Nailə Kələntərli rəhbərlik edib. O, iştirakçıların məqalələrinin empirik əsaslandırılması, tədqiqat mövzularının aktuallığı, metodologiyanın düzgün seçilməsi və elmi ədəbiyyatdan istifadə məsələlərini müzakirəyə çıxarıb.
Belqrad Universitetinin Fiziki tərbiyə və idman fakültəsinin professoru Dr. Dragan Mirkov və dosenti Dr. Olivera Knezevic də təqdimatları dinləyərək elmi müzakirələrə qoşulub, tədqiqatların məzmunu və nəticələri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Xatırladaq ki, Dr. Mirkov və Dr. Knezevic “Qonaq alim” proqramı çərçivəsində 1 ay müddətinə ASA-da səfərdədirlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

