
Məktəb direktorlarının hesabatları dinlənilib
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki dəstək layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin keyfiyyət təminatı, regional idarəetmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Goranboy, Naftalan və Daşkəsən rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının hesabatlarının dinlənilməsi davam edir.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Görüşlərin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin cari fəaliyyətinin qiymətləndirilməsi, tədris prosesinin təşkili və idarəolunması vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran prioritet vəzifələrin müəyyənləşdirilməsidir.
Dinləmələr zamanı məktəb direktorları rəhbərlik etdikləri təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təşkili, şagirdlərin dərsə davamiyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri, olimpiada və müsabiqələrdə qazanılan uğurlar barədə ətraflı məlumat verirlər. Eyni zamanda, məktəblərin maddi-texniki bazası, pedaqoji kadr təminatı və məktəb-valideyn münasibətləri istiqamətində görülən işlər təhlil olunur.
Hesabat görüşləri çərçivəsində hər bir təhsil müəssisəsinin fəaliyyəti üzrə mövcud çətinliklər və inkişaf perspektivləri müzakirə edilir, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə direktorlara müvafiq tapşırıq və tövsiyələr verilir. Qeyd edək ki, hesabatların dinlənilməsi davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

