
Şəki-Zaqatala məktəblərində "Uşaq hüquqları aylığı" keçirilir
Şagirdlərin hüquqi biliklərinin artırılmasına, şəxsi inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki aktual layihələr, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
"Uşaq hüquqları aylığı" çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların hüquqları, onların müdafiəsi, sağlam və təhlükəsiz mühitdə böyüməsi, eləcə də uşaq hüquqlarının qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsindən ibarət olub.
Çıxışlar zamanı uşaq hüquqlarının təmin olunmasının əhəmiyyəti, uşaqların təhsil almaq, sağlamlığının qorunması, zorakılıq və ayrı-seçkilikdən müdafiə olunmaq hüquqları barədə ətraflı məlumat verilib. Həmçinin uşaqların hüquq və vəzifələri, qarşılaşa biləcəkləri risklər və belə hallarda müraciət mexanizmləri diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

