
Şagirdlər arasında olimpiada keçirilib
Şagirdlərin qatıla biləcəyi olimpiada prosesini, qeydiyyat qaydalarını izləmək üçün direktor.az-a abunə olun. İstedadlı şagirdlərin aşkar olunmasına xidmət edən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nəsrəddin Tusi adına fizika-riyaziyyat və informatika, Yusif Məmmədəliyev adına kimya, biologiya və coğrafiya, eləcə də Cəlil Məmmədquluzadə adına Azərbaycan dili, ədəbiyyat və tarix olimpiadalarının rayon-şəhər mərhələsi təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. 13 mərkəzdə təşkil olunan olimpiadada ümumtəhsil müəssisələrindən məktəb mərhələsində qalib olan 2033 şagird müxtəlif fənlər üzrə bilik və bacarıqlarını sınayıb, məntiqi təfəkkür və müstəqil düşünmə qabiliyyətlərini nümayiş etdiriblər.
Rayon-şəhər mərhələlərində uğur qazanan şagirdlər olimpiadaların növbəti mərhələsi olan final mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiadaların keçirilməsində məqsəd xüsusi istedadı, məntiqi və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkara çıxarmaq, onların potensial imkanlarının inkişafını dəstəkləmək, respublika və beynəlxalq olimpiadalarda iştirak edəcək namizədləri müəyyənləşdirmək, eləcə də şagirdlərin fənlərə marağını və özünə inamını artırmaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

