
İdman Akademiyasının heyəti beynəlxalq tədbirdə iştirak edib
Ali təhsil müəssisələrinin beynəlxalq elmi tədbirlərdə iştirakı, tələbə-müəllim heyətinin qlobal mühitdə aktivliyini izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi və təhsil sektorunda həyata keçirilən tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bişkek şəhərində yerləşən Qırğızıstan–Türkiyə Manas Universitetində “Türk Xalqlarının Ənənəvi İdman Oyunları” mövzusunda XIV Beynəlxalq Simpozium keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə İdman Akademiyasından bildirilib. Oktyabrın 2-dən 4-dək davam edən beynəlxalq elmi tədbirdə Azərbaycan İdman Akademiyasının 10 müəllimi və 6 tələbəsi olmaqla, ümumilikdə 16 nümayəndəsi onlayn formatda iştirak edib.
Simpoziumda ASA-nın kafedra müdirləri Elnarə Əliyeva və Qəmər İsayeva panel sədri qismində elmi müzakirələrin idarə olunmasına və iştirakçılar arasında fikir mübadiləsinin aparılmasına töhfə veriblər. ASA-nın sözügüdən tədbirdə iştirakı ənənəvi idman növlərinin elmi əsaslarla araşdırılması, bu sahədə beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və Akademiyanın elmi-tədqiqat potensialının beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin