
Oğuzda Beynəlxalq Müəllimlər Günü münasibətilə yarış keçirilib
Ümumtəhsil məktəbləri arasında keçirilən intellektual yarışlar, pedaqoji heyətin fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji mühit və təhsil sektorunda baş verən hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Oğuz rayonunda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Yarış M.F. Axundzadə adına Oğuz Rayon Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual bilik yarışmasında Oğuz rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrini təmsil edən 19 komanda iştirak edib.
Yarışmanın nəticələrinə əsasən I yerə Sincan kənd tam orta ümumtəhsil məktəbinin, II yerə Ərmənət kənd tam orta ümumtəhsil məktəbinin, III yerə isə Baş Daşşağılı kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb. Qalib komandalara diplom, medal və hədiyyələr təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin