
Qarabağ RTİ-nin məktəbində “Süni İntellekt” təlimi keçirilib
Məktəblərin innovativ inkişafını, şagirdlərin rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsini və maarifləndirici layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, məktəblərdə innovasiyaların tətbiqindən xəbərdar olmaq üçün bizi izləyin.
Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Rəqəmsallıq və Süni İntellekt" mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən bildirilib.
Təlimin əsas məqsədi şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və süni intellektdən məsuliyyətli istifadənin təşviqi olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil Nazirliyinin əməkdaşı, “Maarifçi” tələbə-məzun proqramı üzrə İşçi Qrupunun katibi Tünzalə Vəliyeva, həmçinin IV “Maarifçi” proqramının iştirakçıları Aygün Qəhrəmanova, Səlim Səlimov və Türkanə Məmmədova çıxış edərək şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və düzgün istifadəsi barədə məlumat veriblər.
Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib. Sonda şagirdlərin tərəfindən bədii proqram təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin