
İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibələr başlanır
İşə qəbul müsabiqələrinin nəticələri, kadr təyinatlarını izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrində idarəetmə kadrlarının formalaşdırılması, vakansiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Müsahibələrə 12 oktyabr – 10 noyabr tarixlərində DİM-in saytında qeydiyyatdan keçmiş 440 namizəd dəvət olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq müsahibələr dekabrın 1-dən etibarən DİM-in inzabati binasında (ünvan: Bakı ş., Nəsimi r., Akad. Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində- https://dim.gov.az/az/merkez/regional-bolmeler təşkil olunacaq.
Müsahibənin vaxtı və yeri namizədin öz anketində qeyd etdiyi elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə bildirilir.
Müsahibəyə gələrkən aşağıdakı sənədlər təqdim edilməlidir:
Şəxsiyyət vəsiqəsi və surəti;
“Buraxılış rejimini aparan əməkdaşın anketi” (dim.gov.az saytında (https://eservices.dim.gov.az/muhafize_qeyd/userlogin.aspx) elektron anket təsdiq etdikdən sonra çap edilərək namizəd tərəfindən imzalanır);
İş yerindən arayış (iş yeri olduğu halda);
Anketində qeyd etdiyi bank rekvizitləri (Rekvizitlərin aid olduğu bankdan möhürlü kağız formasında alınmalıdır);
Ali və ya orta ixtisas təhsil haqqında sənədin əsli və surəti;
Məhkumluğun olmamasına dair arayış (“myGov” portalından çap və ya “Asan xidmət” mərkəzlərindən ödənişsiz əldə edilə bilər);
Qeyd: Təqdim edilmiş məlumatlar müvafiq dövlət qurumlarının elektron informasiya bazalarında yoxlanılacaq və məlumatlarda hər-hansı uyğunsuzluq aşkar edilərsə, namizədin müraciəti ləğv olunacaq.
Müsahibədən uğurla keçən şəxslər müvafiq təlimə cəlb olunacaq. Müsahibə və təlimlər ödənişsizdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

