
Samuxda məktəb direktorlarının hesabatları dinlənilib
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki dəstək layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin keyfiyyət təminatı, regional idarəetmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Samux Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının hesabatlarının dinlənilməsi prosesi davam etdirilir.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Növbəti hesabat görüşündə Samux Rayon Təhsil Sektorunun müdiri Nurlana Həsənova, sektorun əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüş çərçivəsində Zazalı kənd tam orta ümumi təhsil məktəbi, Yuxarı Ağasbəyli kənd tam orta ümumi təhsil məktəbi, Tatlı kənd ümumi orta məktəbi və M.F.Axundzadə adına Aluşağı kənd tam orta ümumi təhsil məktəbinin direktorlarının hesabatları dinlənilib.
Hesabatlarda məktəblərin cari fəaliyyətinin nəticələri, tədrisin təşkili, təlim keyfiyyəti, şagird nailiyyətləri və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb. Eyni zamanda, mövcud məsələlərə diqqət yetirilib, təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin direktorlarının hesabatlarının dinlənilməsi prosesi növbəti mərhələlərdə də davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
