
Şagirdlər arasında bədii gimnastika üzrə yarış keçirilib
Məktəblilərimizin uğurlarını, yarışları izləmək üçün direktor.az- abunə olun. Təhsil sahəsindəki rəsmi nəticələr, maarif xəbərlərini üçün bizi izləyin.
Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Müxtəlif yaş qruplarından olan idmançıların qatıldığı yarışda Sabirabad rayonunu təmsil edən gimnastlar uğurlu çıxışları ilə yadda qalıb. Gərgin idman mübarizəsi şəraitində bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirən sabirabadlı gimnastlar ümumilikdə 5 medal qazanaraq yüksək nəticə əldə ediblər.
Belə ki, Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinif şagirdi Fərzəliyeva Aynişan Fəyyaz qızı I yeri, 2-ci sinif şagirdi Zeynallı Nilay Kamran qızı II yeri, 4-cü sinif şagirdi Abbaszadə Aynişan İlkin qızı III yeri tutublar.
Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 nömrəli beynəlmiləl, təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 4-cü sinif şagirdi Qulizadə Dilşad Nadir qızı I yerin, 7-ci sinif şagirdi Nəsirli Ceyla Cavid qızı isə II yerin sahibi olublar.
Qazanılan bu nəticələr gimnastların əzmkarlığının, davamlı məşqlərinin və idmana olan maraqlarının göstəricisidir. Eyni zamanda, əldə olunan uğurda məşqçi-müəllim Reyhan Məmmədzadənin əməyi və peşəkar dəstəyi də xüsusi qeyd olunmalıdır.
Qeyd edək ki, məktəblilərin idmanın müxtəlif növlərinə cəlb edilməsi, onların fiziki inkişafının dəstəklənməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində görülən işlər gənc istedadların üzə çıxarılmasına və yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

