
UNEC ilə Gürcüstanın 6 universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
UNEC-in rektoru, professor Ədalət Muradov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iştirak edir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konfransın açılış mərasimində Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış ediblər.
Çıxışlarda iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafı, universitetlərarası əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
UNEC rektoru, professor Ədalət Muradov konfrans çərçivəsində keçirilən “Ali təhsildə Gürcüstan–Azərbaycan əməkdaşlığı: dialoqdan strateji tərəfdaşlığa” panelində çıxış edib. Rektor Gürcüstan universitetləri ilə əməkdaşlığın inkişafına dair UNEC-in yanaşma və baxışlarını bölüşüb, universitetlərarası tərəfdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Konfrans çərçivəsində UNEC ilə Gürcüstanın bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

