
Yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin rəhbərləri ilə görüş keçirilib
Region məktəblərində yeni təmayül modellərinin tətbiqini, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil müəssisələrindəki sınaq imtahanları, monitorinq tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 17-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, idarənin əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Onlayn görüş zamanı təhsil müəssisələrində tədrisin təşkili, şagirdlərin məktəbdaxili qiymətləndirilməsinin vahid metodoloji yanaşma və meyarlar əsasında həyata keçirilməsi, eləcə də akademik nəticələrin davamlı inkişafının təmin olunması məsələləri müzakirə edilib.
Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, yeni təmayül tədris modeli Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 6 nömrəli, Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli, Qax şəhər 3 nömrəli, Zaqatala şəhər 5 nömrəli və Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində tətbiq olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

