
İnşaat Kollecində tələbə qəbulunun nəticələri açıqlanıb
2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun ilkin nəticələri, plan yerlərinin bölgüsü və ən çox seçilən ixtisaslar haqqında məlumatlar üçün direktor.az- a abunə olun. Kolleclərə qəbulun yekun statistik göstəricilərini və təhsil gündəmindəki vacib elanları addım-addım izləmək üçün bildirişləri aktiv edin.
AzMİU-nun İnşaat Kollecində tələbə qəbulunun ilkin nəticələri açıqlanıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tabeliyində fəaliyyət göstərən İnşaat Kollecində 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu kampaniyasının ilkin göstəriciləri məlum olub. Cari tədris ili üçün kollecə ümumilikdə 668 plan yeri ayrılıb ki, bunun da 240-ı ümumi orta (9 illik), 428-i isə tam orta (11 illik) təhsil bazasının payına düşür.
Ümumi orta təhsil pilləsi üzrə qəbul prosesi artıq yekunlaşıb. Ayrılmış 240 yerdən 212-si abituriyentlər tərəfindən tutulub, cəmi 28 vakant yer qalıb. Bununla da 9 illik baza üzrə qəbul planı 88,3 faiz dolub. Tam orta təhsil bazası üzrə ayrılan 428 yer üzrə isə tələbələrin qeydiyyat və rəsmiləşdirmə mərhələsi davam edir.
Ötən tədris ili ilə müqayisədə kollecin plan yerlərində artım qeydə alınıb. Belə ki, 2025/2026-cı tədris ilində 660 olan ümumi qəbul planı bu il 668-ə yüksəlib. Eyni zamanda, təhsil bazaları arasındakı kvotada struktur dəyişikliyi aparılıb: 9 illik baza üzrə plan 340-dan 240-a endirilib, 11 illik baza üzrə isə 398-dən 428-ə çatdırılıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki tədris ilində 9 illik baza üzrə ayrılmış 340 yerdən 299-u tutulmuş, 41 yer boş qalmışdı. Cari ildə isə boş qalan yerlərin sayı azalaraq 28-ə enib. Ötən il 11 illik baza üzrə ayrılmış 398 yerdən 352-si komplektləşdirilmişdi.
Bu tədris ilində abituriyentlər tərəfindən kollecin ixtisaslarına böyük maraq müşahidə edilir. Xüsusilə “Dizayn”, həmçinin “Bina və qurğuların tikintisi və istismarı” ixtisasları ən çox üz tutulan istiqamətlər sırasındadır. 11 illik baza üzrə yerlərin artırılması tam orta məktəbi bitirən gənclərin İnşaat Kollecində müasir əmək bazarının tələblərinə uyğun ixtisas təhsili alması üçün əlverişli şərait yaradır.
Kollecə qəbul üzrə yekun statistik göstəricilər 11 illik baza üzrə sənədləşmə prosesi başa çatdıqdan sonra ictimaiyyətə təqdim olunacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin