
Özbəkistanlı tələbələr BDU-da təhsil alacaqlar
Keçirilən tələbə mübadiləsi və beynəlxalq akademik əməkdaşlıqlar haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Beynəlxalq təhsil fürsətlərini, akademik inteqrasiya proseslərini və təhsil gündəmindəki vacib xəbərləri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Beynəlxalq Maliyyə, Texnologiya və Elm Məktəbi (ISFT İnstitutu) arasında qurulan beynəlxalq tərəfdaşlıq çərçivəsində tələbə mübadiləsi reallaşdırılır.
Direktor.az xəbər verir ki, bu barədə BDU-nun sosia media hesablarında paylaşım edilib.
Razılaşmaya əsasən, özbəkistanlı bir qrup gənc 2026/2027-ci tədris ilinin payız semestrində təhsillərini Bakı Dövlət Universitetində davam etdirəcək.
BDU-nun rəsmi sosial şəbəkə hesablarında yayılan məlumata görə, ISFT İnstitutunun tələbələri universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində uyğun ixtisaslar üzrə dərslərə qatılacaqlar.
Həyata keçirilən təhsil mübadiləsi iki ali məktəb arasında akademik inteqrasiyanı və qarşılıqlı təcrübəni gücləndirməklə yanaşı, BDU-nun qlobal təhsil məkanındakı beynəlxalq əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin