
İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vakansiyası elan edilir - MÜTDA
Təhsil müəssisələrində kadr təminatı, müəllimlərin işə qəbulu və yeni tədris müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, dövlət qurumlarının rəsmi müsabiqələri və maarif sistemindəki qərarlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
İşğaldan azad edilmiş ərazilərdə yeni fəaliyyətə başlayacaq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul üçün müsahibə mərhələsinə başlanılır.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında işğaldan azad edilmiş ərazilərdə yaşayan və digər dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində çalışan şəxslər müsabiqədənkənar qaydada qəbul ediləcəklər.
Vakansiya seçimində yalnız 2025-ci ildə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsahibədə uğur qazanan və ən yüksək test balına malik namizəd seçim etdiyi vakant vəzifəyə təyinat alacaq. Qeydiyyat zamanı şəxsi məlumatların düzgün, tam və dəqiq qeyd edilməsi mütləqdir.
Qeydiyyatın son tarixi:
05.10.2026-cı il, saat 10:00
🔗 Qeydiyyat linki: https://forms.gle/FyrS2vDSvU2ZYPGF9
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin