
Kollec tələbələrinin sayı artıb: son 25 ilin göstəriciləri açıqlanıb
Ölkədə orta ixtisas təhsili alan gənclərin statistikası, kolleclərdəki qəbul göstəriciləri barədə məlumatlar üçün direktor.az abunə olun. Təhsil sahəsindəki mühüm statistik hesabatlardan, rəsmi rəqəmlərdən və aktual təhlillərdən xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
Ölkədə orta ixtisas təhsili alan gənclərin sayında artım dinamikası qeydə alınıb. Direktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yayımladığı “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə yazılın. 2025/2026-cı tədris ilinin başlanğıcında fəaliyyət göstərən dövlət və özəl orta ixtisas təhsili ocaqlarının ümumi sayı 64-ə çatıb.
Sözügedən dövrdə bu təhsil müəssisələrində ümumilikdə 65,8 min tələbə qeydiyyatda olub. Müqayisə üçün qeyd edək ki, əvvəlki (2024/2025-ci) tədris ilində bu rəqəm 63,4 min nəfər idi. Təhsilalanların böyük hissəsi — 61,5 min nəfəri əyani, 4,3 min nəfəri isə qiyabi şöbələrdə oxuyur.
Cari tədris ilində kolleclərə qədəm qoyan yeni tələbələrin sayı 24,7 min nəfər olub. Qəbul olunanların 24 min nəfəri auditoriya dərslərini (əyani), cəmi 700 nəfəri isə qiyabi təhsil formasını üstün tutub.
Statistika əhalinin ümumi sayına nisbətdə də artımı göstərir: hər 10 min sakinə düşən orta ixtisas təhsilli tələbələrin sayı 62-dən 64-ə yüksəlib.
Uzunmüddətli dinamikaya nəzər saldıqda isə maraqlı mənzərə yaranır. Belə ki, 2000/2001-ci tədris ilində kolleclərdə 42,6 min gənc təhsil alırdısa, ötən 25 il ərzində tələbə kontingenti 23,2 min nəfər çoxalaraq indiki səviyyəyə çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin