
Naxçıvan Müəllimlər İnstitutu ləğv olunur
Ali təhsil sistemindəki struktur dəyişiklikləri, rəsmi sərəncamlar və universitetlərdəki yenilikləri operativ izləmək üçün direktor.az- abunə olun. Təhsil sahəsindəki islahatlardan, rəsmi qərarlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir.
Direktor.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Belə ki, Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universitetinə qoşulacaq.
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin