
Macarıstan Universitetinin nümayəndələri ADAU-da
Ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin fəaliyyəti və təhsil sistemindəki mühüm hadisələri öyrənmək üçün bizi izləməyə davam edin.
Macarıstanın Sopron Universitetinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfər çərçivəsində Sopron Universitetinin Meşəçilik fakültəsinin dekanı Dr. Balint Heil və inkişaf üzrə məsləhətçi Dr. Beke Marton universitetin müvafiq tədris və elmi strukturlarının fəaliyyəti, maddi-texniki bazası, laboratoriya imkanları və elmi-tədqiqat işləri ilə tanış olublar.
Görüş zamanı meşəçilik, ekologiya və torpaqşünaslıq sahələrində akademik və elmi əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Həmçinin ADAU-nun professor-müəllim heyəti üçün seminar keçirərək müasir meşəçilik yanaşmaları, ekoloji davamlılıq və elmi-tədqiqat təcrübələri barədə məlumat veriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin