
Məktəbdə Kimya kabineti üzrə Texniki Təhlükəsizlik Qaydaları

Məktəbşünas
Müəllif
Bu Qaydalar məktəbin kimya kabinetində və laboratoriyasında dərs və təcrübə məşğələlərinin təhlükəsiz təşkili, kimyəvi maddələrin saxlanması və istifadəsi, avadanlıqların istismarı, yanğın təhlükəsizliyi və qəza hallarının qarşısının alınması qaydalarını müəyyən edir.
Məktəbdə Kimya kabineti üzrə Texniki Təhlükəsizlik Qaydaları
(Bu qaydalar Məktəbin Pedaqoji Şurasının _________ tarixli №-li iclasda qəbul edilmiş və məktəb direktorunun _____ tarixli _______№-li əmri ilə təsdiq edilmişdir)
1. Ümumi müddəalar.
1.1. Bu Qaydalar məktəbin kimya kabinetində və laboratoriyasında dərs və təcrübə məşğələlərinin təhlükəsiz təşkili, kimyəvi maddələrin saxlanması və istifadəsi, avadanlıqların istismarı, yanğın təhlükəsizliyi və qəza hallarının qarşısının alınması qaydalarını müəyyən edir.
1.2. Qaydalar kimya kabinet müdiri, laborant, kimya müəllimləri, kabinet və laboratoriyanı təmizləyən xadimə, habelə kimya kabinetindən istifadə edən bütün şəxslər üçün məcburidir.
1.3. Kimya kabinetində şagirdlərin sağlamlığı və təhlükəsizliyi üçün birbaşa məsul şəxs dərsi aparan kimya müəllimidir.
1.4. Məktəb üzrə kimya kabineti və laboratoriyasında texniki təhlükəsizliyin təşkilinə və nəzarətinə təsərrüfat işləri üzrə direktor müavini cavabdehdir.
2. Vəzifə və məzuliyyətlər
2.1. Təsərrüfat işləri üzrə direktor müavininin vəzifələri
2.1.1. Kimya kabineti və laboratoriyasında texniki təhlükəsizlik şəraitinin təmin edilməsini təşkil etmək;
2.1.2. Ventilyasiya, sorucu şkaf, elektrik, su xətlərinin, qaz və istilik sistemlərinin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
2.1.3. Yanğınsöndürənlərin, yanğınəleyhinə örtüyün, qum qutusunun, ilkin tibbi yardım çantasının mövcudluğunu və sazlığını təmin etmək;
2.1.4. Avadanlıqların texniki baxışını və təmirini təşkil etmək;
2.1.5. Təhlükəli vəziyyət aşkar edildikdə kabinətin istifadəsinin məhdudlaşdırılması barədə məktəb rəhbərliyinə məlumat vermək.
2.2. Kimya kabinet müdirinin vəzifələri
2.2.1. Kimya kabineti və laboratoriyasının gündəlik iş rejimini təşkil etmək;
2.2.2. Kimyəvi maddələrin inventar uçotunu aparmaq, saxlanma qaydalarına riayət olunmasını təmin etmək;
2.2.3. Təhlükəsizlik qaydalarının görünən yerdə yerləşdirilməsini təmin etmək;
2.2.4. Qəza və insident halları barədə rəhbərliyə operativ məlumat vermək;
2.2.5. Tullantıların toplanması və zərərsizləşdirilməsinə nəzarət etmək.
2.3. Laborantın vəzifələri
2.3.1. Reaktivlərin qəbulu, saxlanması və paylanmasını qaydalara uyğun aparmaq;
2.3.2. Təcrübələr üçün avadanlıqları əvvəlcədən hazırlamaq;
2.3.3. Zədələnmiş şüşə qabları və nasaz avadanlığı istifadədən çıxarmaq;
2.3.4. Kimyəvi tullantıları ayrıca qablarda toplamaq və etiketləmək;
2.3.5. Fövqəladə hallarda müəllimə kömək göstərmək.
2.4. Kimya müəlliminin vəzifələri
2.4.1. Şagirdlərə laboratoriya təhlükəsizlik təlimatı keçmək;
2.4.2. Təcrübələri yalnız öz nəzarəti altında aparmaq;
2.4.3. Şagirdlərin fərdi mühafizə vasitələrindən istifadəsinə nəzarət etmək;
2.4.4. Riskli işləri yalnız uyğun şərait olduqda aparmaq;
2.4.5. Qəza zamanı dərhal işi dayandırmaq və rəhbərliyi məlumatlandırmaq.
2.5. Kabineti təmizləyən xadimənin vəzifələri
2.5.1. Təmizliyi yalnız məsul şəxsin müəyyən etdiyi vaxtda aparmaq;
2.5.2. Kimyəvi maddələrə və avadanlıqlara toxunmamaq;
2.5.3. Şüşə qırıntılarını xüsusi qabda toplamaq;
2.5.4. Qoxu, sızma, tökülmə gördükdə dərhal məlumat vermək.
3. Labaratoriyada davranış qaydaları
3.1. Laboratoriyaya giriş yalnız müəllimin icazəsi ilə mümkündür.
3.2. Müəllimin göstərişi olmadan reaktivlərə toxunmaq qadağandır.
3.3. Laboratoriyada yemək, içmək qadağandır.
3.4. Şagirdlər laboratoriyada tək qala bilməz.
3.5. İş bitdikdən sonra iş yeri təmizlənir, cihazlar söndürülür.
4. Fərdi mühafizə vasitələri
4.1. Laboratoriyada xalat və qoruyucu eynək məcburidir.
4.2. Əlcəklər riskli maddələrlə iş zamanı istifadə edilir.
4.3. Uzun saç yığılır, açıq ayaqqabı qadağandır.
5. Kimyəvi maddələrlə iş qaydası
5.1. Etiketsiz maddələrdən istifadə qadağandır.
5.2. Maddələrin dadına baxmaq və birbaşa iyləmək qadağandır.
5.3. Pipetlə ağızla sormaq qadağandır.
5.4. Artıq reaktiv qaba qaytarılmır.
5.5. Turşu durulaşdırılarkən turşu suya əlavə edilir.
5.6. Uçucu maddələrlə iş sorucu şkafda aparılır.
6. Avadanlıqlarla iş qaydası
6.1. Zədələnmiş şüşə qablar istifadə edilmir.
6.2. Sınaq şüşəsi qızdırılarkən ağzı kənara yönəldilir.
6.3. Qızdırıcı cihazlar nəzarətsiz saxlanılmır.
6.4. Elektrik naqili zədəlidirsə cihaz istifadə edilmir.
7. Saxlanma qaydaları
7.1. Maddələr qruplar üzrə ayrı saxlanılır.
7.2. Turşular qələvilərdən ayrı yerləşdirilir.
7.3. Tezalışan mayelər alov mənbəyindən uzaqda saxlanılır.
7.4. Zəhərli maddələr kilidli şkafda saxlanılır.
8. Tullantılar
8.1. Kimyəvi tullantılar kanalizasiyaya atılmır.
8.2. Şüşə tullantıları ayrıca qabda toplanır.
8.3. Tullantılar məsul şəxsin nəzarəti ilə çıxarılır.
9. Yanğın təhlükəsizliyi
9.1. Laboratoriyada yanğınsöndürən, qum qutusu, yanğınəleyhinə örtük olmalıdır.
9.2. Yanar maye yanğınında su istifadə edilmir.
9.3. Təxliyə planı görünən yerdə yerləşdirilir.
10. Qəza hallarında hərəkətlər
10.1. Zərərçəkənə ilkin yardım göstərilir.
10.2. Hadisə barədə müəllim və rəhbərlik məlumatlandırılır.
10.3. Hadisə uçot jurnalında qeyd olunur.
10.4. Səbəblər araşdırılır və tədbir planı hazırlanır.
11. Yekun müddəalər
11.1. Bu Qaydaların icrasına nəzarət məktəb direktoru tərəfindən təsərrüfat işləri üzrə direktor müavininə həvalə edilir.
11.2. Qaydalara dəyişikliklər Pedaqoji Şurada müzakirə olunaraq direktor əmri ilə təsdiq edilir.
Təsdiq edirəm:
Məktəbin direktoru : __________________
Tanış oldum:
Təsərrüfat işləri üzrə direktor müavini _________________________

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin