
Müəllimlər arasında Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib
Müəllimlərin intellektual və ictimai fəallığını artıran yarışları, məktəblərimizdəki tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarında keçirilən müsabiqələr, rəsmi qərarlardan məlumatlı olmaq üçün bizi izləyin.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağstafa rayonunun ümumtəhsil müəssisələrinin müəllim komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunan intellektual bilik yarışı təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən yarış “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbində baş tutub. Yarışda 12 komanda iştirak edib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun məsul şəxsləri də iştirak ediblər. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən RİH başçısı müəllimləri qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edərək onların gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlı yetişməsindəki rolunu vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Yarışın yekun nəticələrinə əsasən:
• I yer – Qaçaq Kərəm kənd tam orta məktəbinin “Kəlbəcər” komandası;
• II yer – Həsənsu kənd tam orta məktəbinin “Azərbaycan” komandası;
• III yer – Ağstafa şəhər 1 nömrəli tam orta məktəbinin “Zəngilan” komandası.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

