
ADPU tələbələri Zəfər Muzeyini ziyarət ediblər
Ali təhsil müəssisələrindəki tədbirləri və ölkəmizin maarif sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı ən son fəaliyyətlər, rəsmi elanlar və sahə üzrə aktual xəbərlərüçün bizi izləyin.
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin tələbələri və dekan müavini dosent Bəsti Əsədova Zəfər Muzeyini ziyarət ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ziyarət zamanı tələbələr Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini əks etdirən eksponatlarla tanış olub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizə, şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti haqqında ətraflı məlumat əldə ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

