
Təhsil İnstitutu BDU-da narkotik vasitələrin təhlükəsinə həsr olunan tədbir keçirib
Təhsil müəssisələrində profilaktik layihələri, psixoloji xidmət təşəbbüslərini və ölkəmizin maarif sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Tələbə gənclər üçün təşkil edilən elmi-maarifləndirici görüşlər, rəsmi dövlət proqramlarının icrasından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetində narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması və bu istiqamətdə profilaktik maarifləndirmənin gücləndirilməsi məqsədilə tədbir təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Tədbir Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində, Azərbaycan Respublikasının Təhsil İnstitutunda həyata keçirilən elmi-tədqiqat işi mövzusunda tədqiqat işi istiqamətində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov mövzu üzrə təqdimatla çıxış edib. Məruzədə narkotik vasitələrin istifadəsinin insanın fiziki və psixoloji sağlamlığına, sosial münasibətlərinə və həyat keyfiyyətinə mənfi təsirləri izah olunub. Eyni zamanda, narkotik vasitələrin qeyri-tibbi istifadəsinə səbəb ola bilən psixoloji və sosial risk amilləri, onların erkən müəyyənləşdirilməsi və qarşısının alınması yolları diqqətə çatdırılıb.
Çıxışda gənclər arasında sağlam həyat tərzinin təşviqi, fərdi və psixoloji dayanıqlılığın inkişaf etdirilməsi, riskli davranışlara qarşı müqavimət bacarıqlarının formalaşdırılması, eləcə də maarifləndirmə fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi imkanları qeyd olunub. İnteraktiv müzakirə şəraitində davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. Narkotik vasitələrin qeyri-tibbi istifadəsinin profilaktikasında təhsil müəssisələrinin, pedaqoji kollektivlərin və psixoloji xidmətin rolunun artırılmasının, maarifləndirmə fəaliyyətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

