
SDU-da əcnəbi tələbə qəbulunda artım qeydə alınıb
Ali məktəblərimizin beynəlxalq uğurlarını, qəbul statistikalarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdəki ən son yeniliklər, qlobal təhsil meyillərindən məlumatlı olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) 2026-cı tədris ilində əcnəbi tələbələrin qəbul sayı əvvəlki illə müqayisədə 145,8 faiz artıb.
Direktor.az xəbər verir ki, bu barədə SDU-dan bildirilib. Statistik göstəricilərə əsasən, müraciətçilərin sayı 2025-ci ildəki 123 nəfərdən 2026-cı ildə 251 nəfərə yüksəlib. Xarici tələbələrin təmsil olunduğu ölkələrin sayı 20-yə yaxınlaşıb. Cari ildə İndoneziya, Banqladeş və Hindistandan olan tələbələr ilk dəfə SDU-ya qəbul olunublar.
Təhsil səviyyələri üzrə magistratura qəbulunda 3 dəfə, bakalavriat qəbulunda isə 2 dəfədən çox artım qeydə alınıb.
Ən çox seçilən ixtisaslar Biznesin idarə edilməsi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Psixologiya və Ekologiya mühəndisliyi olub.Əldə olunan nəticələr SDU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni təhsil bazarlarına çıxışının təmin edilməsi və qlobal təhsil məkanına inteqrasiyası istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin göstəricisidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

