
Şərqi Zəngəzur bağçalarında “Payız Festivalı” keçirilir
Məktəbəqədər və ümumi təhsil müəssisələrindəki tədbirləri, bölgələrimizdəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarında uşaq və gənclərin inkişafına yönəlmiş sosial layihələr, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən Ağalı kənd körpələr evi-uşaq bağçasında uşaqların iştirakı ilə rəngarəng “Payız festivalı” təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib. Festival çərçivəsində balacalar payız fəslinin gözəlliklərini, təbiətin rəngarəngliyini və mövsümün bəhrələrini əks etdirən maraqlı kompozisiyalar, əl işləri və təqdimatlarla çıxış ediblər. Müxtəlif əyləncəli fəaliyyətlər, musiqili çıxışlar və yaradıcı təqdimatlar uşaqlara xoş anlar yaşadıb. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda təbiətə sevgi, estetik zövq, yaradıcılıq və kollektiv fəaliyyət bacarıqlarını inkişaf etdirmək olub.
Tədbir uşaqların dünyagörüşünün zənginləşdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın və sağlam inkişaf mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
