
Müəllimlər üçün süni intellekt mövzusunda görüş keçiriləcək
Pedaqoqların peşəkar inkişafını, tədrisdə innovativ texnologiyaların tətbiqini və müəllimlər üçün nəzərdə tutulan layihələri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, rəqəmsal tədris metodlarından xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) fəaliyyətə yeni başlayan pedaqoqların peşəkar inkişafına dəstək məqsədilə Adaptasiya Proqramı çərçivəsində növbəti vebinarını təqdim edir.
Direktor.az xəbər verir ki, görüş “Müəllim üçün süni intellekt və rəqəmsal alətlər” mövzusunu əhatə edəcək. Təlim xarakterli vebinarın əsas məqsədi yeni qəbul olunmuş müəllimlərin dərslərində rəqəmsal resurslar və süni intellekt alətlərindən səmərəli istifadəsini təmin etmək, eləcə də onların pedaqoji bacarıqlarının gücləndirilməsinə töhfə verməkdir.
Tədbirdə ekspert qismində müxtəlif qurumların təmsilçiləri çıxış edəcək:
Səltənət Qurbanova (Moderator) – AGMA sədrinin müavini, ARTİ-nin aparıcı metodisti və Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;
Pərvinə Qədimova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, ARTİ-nin baş metodisti;
Natəvan Bədəlova – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Rəqəmsal Həllər və Təhlil şöbəsinin əməkdaşı.
Vebinar 28 oktyabr tarixində, saat 16:00-da AGMA-nın rəsmi “Facebook” səhifəsi üzərindən yayımlanacaq. Maraqlanan bütün müəllimlər müzakirələrə onlayn qoşula bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin