
Naxçıvanda IX siniflər üçün buraxılış imtahanına uyğun monitorinq keçirilib
Təhsil monitorinqlərini, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı keyfiyyət qiymətləndirmələri, təhlil nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçirilib.
Direktor.az xəbər verir ki, monitorinqdə 4500-dən artıq şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Buraxılış qiymətləndirmə monitorinqində istifadə olunan test tapşırıqlarının düzgün cavabları https://l24.im/j3wL linkində yerləşdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
